Klublarımızın avrokuboklardakı təqvimi bəlli olub
- 21:02
- 33
Yeni mövsümdə voleybol üzrə avrokuboklarda ölkəmizi dörd komanda təmsil edəcək. "Rekord.az" xəbər verir ki, bu komandalardan ikisi Çempionlar Liqasında, ikisi isə Çelenc Kubokunda mübarizə aparacaq.
2026-2027-ci illər mövsümündə Avropa kuboklarında çıxış edəcək komandalarımızın oyun proqramları da artıq bəllidir. Təmsilçilərimizin qarşılaşmalarının təqvimi təqdim edirik:
CEV Çempionlar Liqası-qadınlar (2-ci təsnifat mərhələsi)
20 oktyabr 2026 (1-ci oyun)
19:00. Turan VK - Mladost Zagreb
Azərbaycan, Tovuz, Tovuz OİK
29 oktyabr 2026 (2-ci oyun)
20:00. Mladost Zagreb - Turan VK
Xorvatiya (Zaqreb)
CEV Çempionlar Liqası-kişilər (2-ci təsnifat mərhələsi)
3 noyabr 2026 (1-ci oyun)
18:00. Xilasedici VK - Sporting CP Lisboa
Azərbaycan, Bakı, FHN-nin idman zalı
11 noyabr 2026 (2-ci oyun)
19:30. Sporting CP Lisboa - Xilasedici VK
Portuqaliya (Lissabon)
CEV Çelenc Kuboku-qadınlar (1/32 final mərhələsi)
27 oktyabr 2026 (1-ci oyun)
19:00. HOLTE IF - DH Volley VK
Danimarka (Holte)
5 noyabr 2026 (2-ci oyun)
18:00. DH Volley VK - HOLTE IF
Azərbaycan, Bakı, FHN-nin idman zalı
CEV Çelenc Kuboku-kişilər (1/32 final mərhələsi)
11 noyabr 2026 (1-ci oyun)
19:30. FORDE VBK - ORDU VK
Norveç (Forde)
19 noyabr 2026 (2-ci oyun)
18:00. ORDU VK - FORDE VBK
Azərbaycan, Bakı, GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.