"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib.


Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.


Azərbaycanlı oyunçu ilə 1 illik sözləşmə imzalanıb. 182 sm boya malik 22 yaşlı basketbolçunun son klubu "Ordu" olub.


Səid İsmayılov həmçinin Azərbaycan millisinin geniş heyətində də yer alıb.