Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” bu gün yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.


Rekord.az xəbər verir ki, “Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçirilən qarşılaşmada Almaniya 2-ci bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib.


Emreli əsas heyətdə yer alıb. Fasilədən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri Emreli olub.


Qarşılaşma “Roma”nın 1:0 hesablı qələbəsiylə yekunlaşıb.