“Lixtenşteyn oyunu öncəsi məsuliyyət var” - Emin Mahmudov
- 21:15
- 33
“Lixtenşteyn oyunu öncəsi məsuliyyət var”.
Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov mətbuat konfransında deyib.
Yığmanın kapitanı Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri oyun barədə danışıb:
"Sabah bizim üçün vacib oyun olacaq. Görüşə ciddi hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını da düzgün yerinə yetirməklə qələbə qazanmaq istəyirik. Bu matç öncəsi məsuliyyət var".
Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.