“Betis” 28 yaşlı dominikanlı müdafiəçi Junior Firpo ilə müqavilə bağlayıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Müqavilənin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçu İspaniya komandasına azad agent kimi qoşulub.


Firpo 2021-ci ildən "Lids"də çıxış edirdi. O, 2024/25 mövsümündə keçirdiyi 35 oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə verib.