"Kür"ün qadın həndbolçulardan ibarət komandasının üzvü Sara Piraniçlə yollar ayrılıb.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.


Monteneqrolu həndbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Qeyd edək ki, oyunçu 2024-cü ilin avqustunda komandaya cəlb olunmuşdu.