“Naxçıvan" "Sumqayıt"ı məğlub etdi
- 09 Okt 2026 23:55
- 35
Azərbaycan Basketbol Liqasında 2-ci tura start verilib.
Rekord.az xəbər verir ki, günün yeganə oyununda "Sumqayıt" "Naxçıvan"ı qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 87:76.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Turun "Sabah" - "Gəncə" görüşü təxirə salınıb.