Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun növbəti oyununda da qələbə qazanıb.


Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 2-ci təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.


"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki Mingəçevir klubunun qələbəsi ilə yekunlaşıb - 39:13.


Ötən gün eyni arenada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb.


Komandanın 3-cü təsnifar mərhələsindəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.