“Sabah” və “Slaviya”(Praqa) komandalarının baş məşqçilərinin Çempionlar Liqasının 2-ci turunun Bakıda keçiriləcək oyunundan əvvəl mətbuat konfranslarının vaxtları açıqlanıb.


Rekord.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas 12 oktyabr saat 18:00-da media nümayəndələri ilə görüşəcək və komandasının son məşqi yarım saat sonra başlayacaq.


Qonaqların məşqçisi Jindrix Trpişovski həmin gün saat 19:15-də mətbuat konfransı keçirəcək. Onun komandasının son məşqinə saat 20:00-da start veriləcək. Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq. Bütün tədbirlər Bakı Olimpiya Stadionunda keçiriləcək.


“Sabah” – “Slaviya” matçı 13 oktyabrda BOS-da keçiriləcək və oyuna  20:45-də start veriləcək.