“Gəncə” daha bir amerikalı basketbolçu gətirdi
- 15:30
- 39
“Gəncə” heyətini yeni basketbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, sözügedən klub amerikalı Ayzeya Todd ilə anlaşıb.
Tərəflər arasında mövsümün sonuna kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
Forvard mövqeyində oynayan 25 yaşlı Todd Litva və Tayvanda legioner həyatı yaşayıb. O, yeni komandasında 14 nömrəli formada çıxış edəcək