Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”la qarşılaşıb. 


Matç 2:2 hesabı ilə yekunlaşıb. Krivotsyukun komandası matçın gedişində 2 top fərqi ilə hesabda öndə olsa da, 90+5 və 90+6-cı dəqiqələrdə qapısında qol görməklə qələbəni əldən verib. 


Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub. 


22 turdan sonra aktivində 36 xal olan “Daejeon” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.