
Konfrans Liqasındakı komandalarımızın potensial rəqibləri azaldı
- 21 İyl 2025 15:15
- 49
Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycanı bu yarışda təmsil edən "Sabah", "Zirə" və "Araz Naxçıvan"ın rəqibləri də bəlli olacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
"Sabah" və "Zirə"nin potensial rəqibləri
Püşkün nəticəsinə əsasən, səpələnmişlər səbətində yer alan 2-ci mərhələnin "Petrokub" (Modova) - "Sabah" (Azərbaycan) cütünün və "Zirə" (Azərbaycan) - "Hayduk" (Xorvatiya) cütünün qalibi səpələnməmişlər səbətində yer alan bu cütlüklərdən birinin ən güclüsü ilə qarşılaşacaq:
"Rakov Çenstoxova" (Polşa) - "Jilina" (Slovakiya)
"Çelye" (Sloveniya) - AEK Larnaka (Kipr)
"Aris" Limassol (Kipr) - "Puşkaş Akademiya" (Macarıstan)
"Levski Sofiya" (Bolqarıstan) - "Braqa" (Portuqaliya)
"Atletik Klub d’Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya)
"Araz Naxçıvan"ın potensial rəqibləri
Səpələnməmişlər səbətində yer alan "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə səpələnmişlər səbətində olan bu komandalardan birinə rəqib olacaq:
"Aktobe" (Qazaxıstan) - "Sparta Praqa" (Çexiya)
"Omonia" (Kipr) - "Torpedo Kutaisi" (Gürcüstan)
"Zimbru Kişinyov" (Moldova) - "Astana" (Qazaxıstan)
"Riqa" (Latviya) - "Dila Qori" (Gürcüstan)
"Hibernians" (Malta) - "Spartak Trnava" (Slovakiya)