
Konfrans Liqasında daha 43 oyun keçirildi
- 25 İyl 2025 02:35
- 66
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bu gün daha 43 ilk oyun baş tutub.
Azərbaycanlı futbolçulardan Zamiq Əliyev “Eqnatiya”nın (Albaniya), Cəlal Hüseynov isə “Arda”nın (Bolqarıstan) heyətində avrokubok həyəcanı yaşayıb. Zamiq 78-ci dəqiqə oynadığı görüşdə qələbə sevinci yaşayıbsa, Cəlal 90 dəqiqə oynadığı halda qolsuz bərabərliklə kifayətlənib.
“Araz-Naxçıvan”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri olan “Omoniya” (Kipr) və “Torpedo” (Gürcüstan) komandaları da üz-üzə gəliblər. Kiprdə keçirilmiş oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin növbəti mərhələdəki potensial rəqibləri olan “Atletik Eskaldes” (Andorra) və “Dinamo” (Albaniya) oyununda isə qonaqlar 2:1 hesabı ilə qələbə qazanıblar.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
24 iyul
Atletik Eskaldes (Andorra) – Dinamo (Tirana, Albaniya) 1:2
Astana (Qazaxıstan) – Zimbru (Moldova) 1:1
Payde (Estoniya) – AİK (İsveç) 0:2
Aktobe (Qazaxıstan) – Sparta (Praqa, Çexiya) 2:1
Ararat (Ermənistan) – Universitatya (Kluj, Rumıniya) 0:0
Araz-Naxçıvan (Azərbaycan) – Aris (Yunanıstan) 2:1
Arda (Bolqarıstan) – HJK (Finlandiya) 0:0
Aris (Kipr) – Puşkaş Akademiya (Macarıstan) 3:2
Hibernians (Malta) – Spartak (Trnava, Slovakiya) 1:2
İlves (Finlandiya) – Alkmar (Niderland) 4:3
Kauno (Litva) – Valyur (İslandiya) 1:1
Pünik (Ermənistan) – Qyor (Macarıstan) 2:1
Rusenborq (Norveç) – Banqa (Litva) 5:0
Sent Cozefs (Cəbəllüttariq) – Şemrok Rovers (İrlandiya) 0:4
Jalgiris (Litva) – Linfild (Şimali İrlandiya) 0:0
Çerno More (Bolqarıstan) – Başakşəhər (Türkiyə) 0:1
Hammarbü (İsveç) – Şarlerua (Belçika) 0:0
Novi Pazar (Serbiya) – Yagelloniya (Polşa) 1:2
Aleksandriya (Ukrayna) – Partizan (Serbiya) 0:2
Omoniya (Kipr) – Torpedo (Kutaisi, Gürcüstan) 1:0
Petrokub (Moldova) – Sabah (Azərbaycan) 0:2
Polesye (Ukrayna) – Santa Koloma (Andorra) 1:2
Riqa (Latviya) – Dila (Qori, Gürcüstan) 2:1
Vikinq (Norveç) – Koper (Sloveniya) 7:0
Vaduts (Lixtenşteyn) – Dunqannon (Şimali İrlandiya) 0:1
AEK (Afina, Yunanıstan) – Hapoel (Beer-Şeva, İsrail) – 1::0
Koşitse (Slovakiya) – Neman (Belarus) 2:3
Paks (Macarıstan) – Maribor (Slovakiya) 1:0
Radniçki (Serbiya) – Klaksvik (Farer adaları) 0:0
Varajdin (Xorvatiya) – Santa Klara (Portuqaliya) 2:1
Jodino (Belarus) – Makkabi (Hayfa, İsrail) 1:1
Austriya (Avstriya) – Spaeri (Gürcüstan) 2:0
Sutyeska (Monteneqro) – Beytar (İsrail) 1:2
Vardar (Şimali Makedoniya) – Lozanna (İsveçrə) 2:1
Vlajniya (Albaniya) – Vikinqur (İslandiya) 2:1
Dinamo (Minsk, Belarus) – Eqnatiya (Albaniya) 0:2
Dandi Yunayted (Şotlandiya) – Stassen (Lüksemburq) 1:0
Torshavn (Farer adaları) – Bröndbü (Danimarka) 1:1
Sent Patriks (İrlandiya) – Nomme Kalyu (Estoniya) 1:0
Deçiç (Monteneqro) – Rapid (Avstriya) 0:2
Sarayevo (Bosniya və Herseqovina) – Universitatya (Krayova, Rumıniya) 2:1
Larne (Şimali İrlandiya) – Priştina (Kosovo) 0:0
Rakov (Polşa) – Jilina (Slovakiya) 3:0