Norveç millisinin sabiq futbolçusu Coşua Kinqin yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, 33 yaşlı vinger Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Xalic”lə anlaşıb.


Tərəflər 2 ilik müqaviləyə imza atıb.


Karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, “Blekbörn”, “Uotford”, “Everton”, Türkiyənin “Fənərbağça” klublarında çıxış etmiş futbolçu ötən mövsümü Fransanın “Tuluza” komandasında keçirib.


Kinq Norveç millisinin heyətində 62 oyun keçirib, 20 qol vurub.