Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Rekord.az xəbər verir ki, II dövrənin sonuncu matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib.

"ASK Arena"dakı qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 3-cü dəqiqədə Tellur Mütəllimov paytaxt təmsilçisini məyus edib.