
“Kəpəz”də növbəti 3 ayrılıq
- 28 İyn 2025 20:31
- 46
“Kəpəz” müqaviləsi başa çatan Trent Buhagiar, Rati Ardazişvili və Kərim Lkoça ilə anlaşmanı yeniləməyib.
Rekord.az xəbər verir ki, hər üç legioner komandanı tərk edib.
Yarımmüdafiəçi mövqeyində oynayan bu futbolçulardan gürcüstanlı olan Rati Ardazişvili cari mövsümdə 18 çempionat oyununda meydanda çıxıb. Maltalı Buhagiar 12 matçda forma geyinib. Mərakeş əsilli ispaniyalı Lkoça isə 33 görüşdə 1 qolla yadda qalıb.
Klub xidmətlərinə görə bu oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.