"Kəpəz" klubu Misli Premyer Liqasının 2026/27 mövsümündə ikinci səfər oyununu keçirmək üçün bu gün Şamaxıya yollanıb.


Rekord.az xəbər verir ki, "sarı-göylər" çempionatın 7-ci turu çərçivəsində sabah "Araz-Naxçıvan"la qarşılaşacaq. 


Baş məşqçi Azər Məmmədov yetirmələrini bu gün saat 17-də oyunöncəsi son məşqə çıxaracaq. 


Komandanın oyunu sabah saat 16-da Şamaxı şəhər stadionunda start götürəcək.


Qeyd edək ki, "Kəpəz" hazırda 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.