"Kəpəz"də olduğu kimi, "Kəpəz" Futbol Akademiyasında da qeyri-müəyyənlikdir.

Rekord.az-a daxil olan məlumata görə,  akademiyada çalışan məşqçilər gələk talelərinin necə olacağını bilmirlər.

Kim hansı yaş qrupunda işləyəcək, kim harda məşq edəcək, kim hansı qrafiklə hazırlaşacaq, kim hansı maaşı alacaq, kim kimin köməkçisi olacaq, bir sözlə, bütün məsələlər açıq qalıb. Dərdi, problemi olan da bilmir kimə yaxınaşıb, kimə ağız açıb dərdini, -problemini desin. Çünki klubun rəhbəri bilinmir.