Premyer Liqaya buraxılmayacağı onsuz da məlum olan “Kəpəz”in növbəti mövsüm üçün büdcəsi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, komandanın planlarında da müəyyən dəyişiklik ola bilər.

Daxil olan məlumata görə, büdcəyə daha çox qənaət etmək üçün kənardan gələn futbolçulardan, ümumiyətlə, imtina edilə bilər. Lakin məsələyə tam olaraq iyun ayında aydınlıq gələcək.