
“Karvan” yeni transferini açıqladı
- 24 İyl 2025 18:00
- 82
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək “Karvan” heyətinə yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Yevlax təmsilçisi Olavale Doyeninin transferini rəsmiləşdirib. Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plateau Yunayted” klubunda forma geyinib.