Uzun müddətli fasilədən sonra Premyer Liqaya dönən "Karvan" futbol ictimaiyyətini əməlli-başlı ələ salıb.

Rekord.az xəbər verir ki, Yevlax təmsilçisi elitaya çıxandan sonra ot örtüyünü yeniləyəcəyini bildirdi.

Bir müddət sonra açıqladılar ki, süni örtük variantına üstünlük veriləcək. Bundan sonra çoxsaylı tənqid və təzyiqlərlə üzləşdiklərini görüb, fikirlərini dəyişdiklərini, təbii oyun saxlanılacağını bildirdilər. Bu yaxınlarda isə məlum olub ki, örtük əslində süni olacaq və hazırda gedən işlər də bu yöndə aparılır. Sadəcə, ictimaiyyətə açıq şəkildə bunu deməkdən çəkinirlər. Süni örtük seçiminə səbəb kimi isə Yevlaxın iqlimi və yeni mövsümə startın az qaldığı göstərilir. istənilən halda, "Karvan" rəhbərliyinin etdiyi qeyri-peşəkarlıq və ictimaiyyəti ələ salmaqdı.