
“Karvan” Araz Abdullayevi heyətinə qatdı
- 11 İyl 2025 17:20
- 51
"Karvan" növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.