"Rəqib özünə inanacaq. Onlar topa nəzarəti ələ almağa çalışacaqlar".


Rekord.az xəbər verir ki, bu sözləri İrlandiyanın "Şelburn" klubunun baş məşqçisi Coy O'Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"a qarşı oyun üçün təşkil edilən mətbuat konfransında deyib.


O qeyd edib ki, müdafiədə diqqətli olmalıdırlar: "Hücuma çıxarkən daim diqqətli olmalıyıq. Müdafiədə boşluqlar buraxmamalıyıq. Bu səviyyədə, belə klubun səni cəzalandıran oyunçuları mütləq olacaq. Biz bunu qəbul etməliyik. Kağız üzərində favorit "Qarabağ"dır. Belə bir komandaya qarşı meydana çıxacağıq. Amma futbol sehrdən ibarətdir. 90 dəqiqə mübarizə aparıb sonluğa baxırsan. Biz şansımızı belə dəyərləndiririk”.


Qeyd edək ki, bu gün keçiriləcək “Şelburn” - “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.