Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan bu turnirində qrup mərhələsi başa çatıb.

Rekord.az xəbər verir ki, turnir çərçivəsində komandalar yüksək əzmkarlıq və idman ruhu nümayiş etdirdilər.

Oyunlarda həm taktiki mübarizə, həm də komandalar arasında maraqlı rəqabət diqqət çəkdi. Gərgin anlar, gözəl qollar və fair-play nümunələri bu turun əsas siması oldu.

Qeyd edək ki, turnirdən jurnalistlərdən təşkil olunan "Media Stars" komandası da iştirak edir və qələm sahibləri də qrup mərhələsini aşaraq pley off mərhələsinə yüksəlib.