İtaliya A Seriyasına yüksələn “Piza”nın yeni baş məşqçisi məlum olub.


Rekord.az xəbər verir ki, komandanı Alberto Cilardinyo çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


42 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


“Piza”nın baş məşqçisi Filippo İnzaqi bir neçə gün öncə istafa verib. Cilardinyonun son iş yeri isə “Cenoa” olub.