"Napoli" qapıçısı Aleks Meret ilə müqavilə müddətini uzadıb.


Rekord.az xəbər verir ki, yeni anlaşma 2027-ci ilin yayına qədər qüvvədə olacaq.


28 yaşlı italiyalı qolkiper 2018-ci ildən "Napoli"də çıxış edir. O, neapolluların heyətində 212 oyun keçirib, 73 dəfə qapısını toxunulmaz saxlayıb.


Aleks Meret klubun tərkibində iki dəfə İtaliya çempionu, bir dəfə isə ölkə kubokunun qalibi olub.