İsmayıllı şəhər Heydər Əliyev adına istirahət parkında  İsmayıllı Rayon İcra Hakimiyyətinin,Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “3 İyun – Dünya Velosiped Günü” münasibətilə yeniyetmələr arasında velosiped idman növü üzrə İsmayıllı rayon turniri keçirildi.


Rekord.az xəbər verir ki, bu turnirin məqsədi velosiped idmanını təşviq etmək, yeniyetmələrin idmana olan marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və velosiped sürməyin ətraf mühitin mühafizəsinə töhfəsini vurğulamaq idi.


Turnirdə iştirak edən yeniyetmələr həm idman bacarıqlarını nümayiş etdirdilər, həm də dostluq mühitində əyləndilər. Sonda qalib və fərqlənən idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırıldılar.