"Arsenal" futbolçusu Maylz Lyuis-Skellinin müqavilə müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


18 yaşlı müdafiəçi 2030-cu ilin yayına kimi London klubuna məxsus olacaq.


Lyuis-Skelli "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü olan gənc futbolçu ötən mövsüm "topçular"ın heyətində 42 rəsmi matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.