"İmişli"ni futbolçusu FİFA referisinin səhv qərar verdiyini düşünür
- 13:00
- 40
"Sumqayıt"la oyundan sonra "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya hakimlikdən narazı qaldı.
Rekord.az xəbər verir ki, mətbuat konfransında o, həm qapılarına vurulan ilk qolda, həm qapılarına təyin olunan penalti epizodunda hakimin yalnış qərar verdiyini açıqladı.
Biz isə oyundan sonra komandanın futbolçusu, penalti epizodunda epizoda xeyli yaxın olan Yau Mozesin fikirlərini öyrəndik: "Futbolda o cür epizodlar çox olur. İkili mübarizə idi. Bəli, mən epizoda yaxın idim və deyərdim ki, orada penalti yox idi, hakim yalnış qərar verdi".