“İmişli” PFK-da iki ayrılıq qeydə alınıb.


Rekord.az xəbər verir ki, klubun köməkçi məşqçisi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.


Hər iki mütəxəssisə kluba göstərdikləri xidmətlərə və sərf etdikləri əməyə görə təşəkkür edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.