"İmişli" klubunda baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub.


Bu barədə Rekord.az-a bölgə təmsilçisindən məlumat verilib.


Latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığa rəhbərlik edəcək.


Xatırladaq ki, "İmişli" ötən gün baş məşqçisi Fərid Namazovla yollarını ayırıb.