Bu gün Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

Günün yeganə oyununda “Ağdaş” və “Hypers” komandaları qarşılaşıb. Ağdaşda keçirilən oyunda qonqlar darmadağınla mərhələ adlayıb.

Xatırladaq ki, daha əvvəl “Qaradağ Lökbatan”, “Ağstafa Gəncləri”, “Marafon”, “Zəngəzur” və “Kür-Araz” rəqiblərinə qalib gələrək 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi

9 oktyabr

“Ağdaş” – “Hypers” 1:6
Qollar: Ümid Mahmudov, 14 – Vüqar Əşrəfli, 4; 9; 77. Asim Babazadə, 44; 74. Aqil Nəzərov, 90.
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu, 14:30.

Ağdaş: 1. Pərvin Zeynalov, 7. Elçin Süleymanov (k), 17. Ramal Əhmədov, 10. Ümid Mahmudov, 24. Nail Təhməzli, 26. Taleh Yusifli, 27. Rəvan Əliyev, 33. Elmir Xəlilov, 18. Hikmət Nəsrəddinov, 6. Rüfət Bədəlzadə, 36. Nurlan Ağabəyov.
Ehtiyat oyunçular: 8. Səbuhi Kazımov, 13. İlqar Nuruşov, 15. Aqil Bağırzadə, 20. Hüseyn Hüseynov.
Baş məşqçi: Aqil Mirzəyev.
Hypers: 13. Elnar Şabanov, 22. Asim Babazadə, 18. Vüqar Əşrəfli, 10. Taleh Hüseynzadə (k), 17. Ceyhun Rəcəbli, 19. Mahmud Məmmədov, 7. Elariz Xəlilli, 11. Samir Ağayev, 16. Nazim Həsənzadə, 2. İmran Azaxov, 4. Saleh Süleymanov.
Ehtiyat oyunçular: 1. Teymur Hüseynov, 21. Davud Mahmudov, 20. Kərəm Əhmədli, 8. Seymur Fərəci, 14. Aqil Nəzərov.
Baş məşqçi: Eldəniz Orucov.