"Çelsi" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.

Rekord.az "Bild"ə istinadən xəbər verir ki,  London klubunun sahibi Roman Abramoviç  yeni baş məşqçi Tomas Tuhelin istədiyi oyunçunu transfer etməyinə razılıq verib.

Alman mütəxəssisin Haalandı komandada görmək istədiyi vurğulanıb.

Bildirilib ki, "Çelsi" norveçli oyunçu üçün 100 milyon avrodan çox pul xərcləməyə hazırdır.

Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm Bundesliqanın 17 oyununda 17 qol vurub və 3 məhsuldar ötürmə verib.