Üç ildən artıqdır işsiz olan Tərlan Əhmədov AFFA-dan kömək istəyib. 

Rekord.az xəbər verir ki, o, bu məqsədlə federasiyanın yüksək vəzifəli şəxsləri ilə görüşüb. 

«Kəpəz»dən ayrılandan bəri heç bir klubdan real təklif almayan məşqçi qurumun binasına baş çəkərək, ona iş tapmaqda yardım göstərilməsini xahiş edib.  Əhmədov bildirib ki, kimlərsə onun bu sahəyə dönməsinə əngəl yaradır. Bekar qalmaqdan bezdiyini söyləyən mütəxəssis maddi cəhətdən də tükəndiyini deyib.  Tərlan Əhmədov indiyədək 4 klubda fəaliyyət göstərib. AZAL, «Neftçi», «Keşlə» (indiki «Şamaxı») və «Kəpəz»də işləyib.  (sportinfo)