Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinin (EPAS) İdarə Heyətinin Bürosuna üzv seçilib.


Rekord.az bu barədə nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir.


Fransanın Strasburq şəhərində keçirilən EPAS-ın İdarə Heyətinin 19-cu iclasında Avropa ölkələrinin idman sahəsində məsul vəzifə daşıyan nümayəndələri iştirak ediblər.


Tədbir zamanı növbəti illər üçün strategiya və idmanda inklüzivlik, təhlükəsizlik məsələləri, idmanla bağlı konvensiyalar və digər mövzular ətrafında müzakirələr aparılıb.