
Gənc avarçəkənlərdən Qazaxıstanda 14 medal
- 02 İyn 2025 18:40
- 69
Qazaxıstanın Uralsk şəhərində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunub.
Rekord.az xəbər verir ki, komandamız yarışda 3 qızıl, 6 gümüş, 5 bürünc olmaqla ümumilikdə 14 medal qazanıb.
İvan Vorobyanski bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə yarışlarda qızıl medala sahib olub. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub. İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobyanski – Vacib Babayev cütlüyü bütün rəqiblərini qabaqlayıb. Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçib. İvan Vorobyanski rusiyalı idmançı birgə bürünc medal qazanıb. 200 metr məsafəyə yarışlarda İvan Vorobyanski - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub.