Fiziyev UFC-də məğlub oldu
- 13:00
- 34
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə məğlub olub.
Rekord.az xəbər verir ki, 32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.
Cənubi amerikalı döyüşçü ikinci raundda nokautla qələbə qazanıb.
UFC-də 13 qalibiyyəti olan Fiziyev beşinci məğlubiyyətini alıb.