FİFA-nın İntizam Komitəsi PSJ-nin iki futbolçusunu cəzalandırıb.


Rekord.az xəbər verir ki, bunlar müdafiəçilər Uilyam Paço və Lukas Ernandesdir.


Klublararası dünya çempionatının 1/4 finalında "Bayern"lə oyunda (2:0) qırmızı vərəqə alan futbolçular iki oyunluq cəzalanıblar. Bu isə o deməkdir ki, sözügedən oyunçular PSJ-nin iyulun 9-da "Real"la keçiriləcək yarımfinal matçını və komanda finala çıxsa, həlledici görüşü də buraxacaqlar.


Klubun yaydığı açıqlamada hər iki oyunçunun bu gün komandanı tərk edəcəyi bildirilib.