FIFA 2022-ci ildə keçiriləcək dünya çempionatında robot hakimlərdən istifadə etmək istəyir.

Rekord.az xəbər verir ki, ali futbol qurumunun texnologiya direktoru Yohannes Holsmüller bu barədə məlumat verib.

Meydanın kənarına quraşdırılacaq texnologiyalar oyundan kənar vəziyyətin olub-olmadığını müəyyən edəcək. Mübahisəli ofsayd vəziyyətlərində hakimlər VAR-a müraciət etməyəcək və əlavə vaxt itkisi olmayacaq.

Əgər oyundan kənar vəziyyət yaranarsa, qol texnologiyasında olduğu kimi, hakimin qolundakı saata bildiriş gələcək.

Robot texnologiyadan ötən mövsüm "Liverpul"un qalib olduğu klublararası dünya çempionatında tətbiq edilib. Bu ilin ikinci yarısında növbəti sınaqların keçiriləcəyi bildirilir