
Fərid Qayıbov COP9 Bürosunun beşinci rəsmi iclasında iştirak edib
- 17:00
- 39
Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında keçirilən İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransının (COP9) Bürosunun beşinci rəsmi iclasında iştirak edib.
Rekord.az xəbər verir ki, həmçinin Büro üzvləri təmsil etdikləri regional qrupların nümayəndələri ilə məsləhətləşmələr aparıblar.
Nazir Fərid Qayıbov Büroda təmsil etdiyi Mərkəzi və Şərqi Avropa ölkələri qrupunun (Qrup II) nümayəndələri ilə görüşüb.