Türkiyənin "Fənərbağça" klubu futbolçusu Ceyden Ostervoldenin müqaviləsinin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


24 yaşlı niderlandlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.


Bundan əlavə, klubun akademiyasında yetişən Yiğit Efe Demir və Osman Ertuğrul Çetinin müqavilə müddətləri 2029-cu ilin yayınadək artırılıb. O.E.Çetin "Esenler Erokspor"a icarəyə verilıib.