
“Fənərbağça” seneqallı futbolçu transfer etdi
- 11 İyl 2025 19:00
- 42
Türkiyənin "Fənərbağça" klubu növbəti transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Seneqalın "Essamaye" klubundan Abdu Aziz Fall heyətə cəlb olunub. 18 yaşlı seneqallı dayaq yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Abdu Aziz ilk dəfə legioner həyatı yaşayacaq. O, daha əvvəl ölkəsində "Keur Madior" klubunda çıxış edib.