
“Əsas hədəfimiz qələbə qazanmaqdır” - Krovinoviç
- 22 İyl 2025 21:00
- 54
Xorvatiyanın "Hayduk" komandasının futbolçusu Filip Krovinoviç UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Bakıdakı ilk qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Sabahkı oyuna hazırıq. İnanırıq ki, uğurlu nəticə əldə edəcəyik. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Ölkəniz barədə bir çox məlumatlar əldə etmişəm. Əsas hədəfimiz qələbə qazanmaqdır".
"Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da 8-ci km stadionunda baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.