İngiltərənin “Nyukasl” klubu baş məşqçisi Stiv Bryusla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

“Nyukasl” klubunun səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. Fondun sərvəti 434 milyard avrodan çoxdur.