Bosnyada legioner həyatı yaşayan və hələ də debüt edə bilməyən Elvin Yunuszadə böyük çətinliklə Bakıya qayıda bilib.

Rekord.az xəbər verir ki, futbolçu artıq bir neçə gündür ki, vətəndədir.

Lakin əldə etdiyimiz məlumata görə, Yunuszadə karantinə salınmayıb. Yəni hava limanında hərarəti ölçülərək birbaşa evlərinə yollanıb. Futbolçu yalnız vəziyyət düzələndən sonra Bosnya və Hersoqovinaya qayıdacaq.