2-ci Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Dinamo” futbol klubunun üzvü Elvin Cahangirli mükafatlandırılıb.


Rekord.az xəbər verir ki, sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 7-ci turun “Dinamo” – “Kür-Araz” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.