
Elman Sultanov "Baku Sportinq"dən qovuldu: səbəb nə olub? - ÖZƏL!
- 11:00
- 83
I Liqa təmsilçisi "Baku Sportinq"də baş məşqi istefası reallaşıb.
Rekord.az-a daxil olan məlumata görə, Elman Sultanov postundan kənarlaşdırılıb.
Buna səbəb onun futbolçularla kobud davranışı olub. Daha da konkretləşdirsək, Sultanov qeyri-etik davranışlara yol verib, futbolçularla söyüşlə danışıb. Rəhbərlik də bunu yolverilməz hesab edərək, onu postundan kənarlaşdırıb. Lakin PRO kateqoriyası oxuduğu üçün hələlik adı komandada saxlanılıb. Lakin faktiki olaraq o, "Baku Sportinq"in baş məşqçisi deyil.