FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.


Rekord.az xəbər verir ki, o, Avropa Liqasının əsas mərhələsində Niderlandın NEK və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək 2-ci tur qarşılaşmasını idarə edəcək.


Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.


Oyun oktyabrın 15-də Neymegen şəhərindəki “Qoffert” stadionunda təşkil olunacaq.