"Qarabağ" Akadamiyasının futbolçusu Əli İbrahim "Olimpiakos" klubunda təcrübə keçmək üçün Yunanıstana yollanıb.


Rekord.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.


O, Azərbaycanın U-20 millisinin üzvünün hazırda Afinada olduğunu söyləyib:


"Əli İbrahim şəxsi təşəbbüsü, bizim klubun da icazəsi ilə 1 həftəlik "Olimpiakos"un düşərgəsinə yollanıb".


N.Kərimov hücumçunun sözügedən kluba mümkün transferinə də toxunub:


"Hazırda belə söhbət və ya müzakirə yoxdur. Futbolçumuz təcrübə keçmək üçün Yunanıstan təmsilçisinin düşərgəsindədir. Gələcəkdə əlavə nəsə olsa, danışa bilərik".