Yeni mövsümdən iddialı olmağı düşünən və baş məşqçi postuna Cavid İmamverdiyevi gətirən "Ağsu Siti" heyətini gücləndirməkdə davam edir.

Rekord.az xəbər verir ki,  "Region Liqası"nda çıxış edəcək bölgə təmsilçisi minifutbol millimizin qapıçısı Ağaseyid Qasımovu da heyətinə qatıb.

Qeyd edək ki, Qasımov həmçinin 2025-ci ildə dünya çempionu olan minifutbol üzrə millimizin qapıçısıdı.